Dekabr ayında 891 nəfər ZƏHƏRLƏNİB
28 dekabr 2022 12:10 (UTC +04:00)

Dekabr ayında 891 nəfər ZƏHƏRLƏNİB

Dekabr ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 891 nəfər müraciət edib.

Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 126 nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 62-si dərmandan, 15-i sirkə turşusundan, 14-ü dəm qazından, 7-si alkoqollu içkidən, 4-ü göbələkdən, 12-si botulizmdən zəhərlənib. Digərlərindən 5-i anafilaksiya, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 51-i qadın, 47-i kişi, 28-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 5 nəfər sirkə turşusundan, 1 nəfər dəm qazından, 1 nəfər isə botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 2-si qadın, 6-sı kişidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1596
avatar

Fidan İlqar

Oxşar yazılar