Daxili İşlər Nazirliyi Qərbi azərbaycanlılara müraciət edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, nazirliyin müraciətində qeyd edilir ki, artıq Qərbi azərbaycanlılar doğulduqları yerləri təsdiq etdirə bilərlər.
Belə ki, sovet pasportları şəxsiyyət vəsiqələri ilə əvəz olunduqdan sonra öz etibarlılığını itirib. Həmin pasportlar müvafiq qaydada məhv edilib. Doğum haqqında şəhadətnamələr isə vətəndaşların özlərində qalır. İstənilən şəxs, o cümlədən Qərbi azərbaycanlılar doğulduqları yeri təsdiq etdirmək üçün həmin şəhadətnaməni DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə təqdim edə bilərlər.
Mütəxəssislər hesab edir ki, hazırda bu şəhadətnamələr soydaşlarımızın öz torpaqlarına qayıtmasını təmin etmək, eləcə də təzminat məsələlərində beynəlxalq məhkəməyə təqdim olunacaq əsas sənədlərdir.