Böyük Britaniyada yeni növ koronavirus (COVID-19) infeksiyasımın daha bir mutasiyası qeydə alınıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, virus Cənubi Afrikadan ölkəyə gələn iki sərnişində aşkarlanıb.
Bundan sonra iki ölkə arasında uçuşlar dayandırılıb.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyada tapılan koronavirusun yeni mutant forması Cənubi Afrika Respublikası, Avstraliya, Niderland, Danimarka və İtaliyada da aşkar olunub.
Dünyanın əksər ölkələri onlarla nəqliyyat, xüsusən aviasiya əlaqələrini dayandırıb.