Daha bir müəllim koronavirusdan dünyasını dəyişib.
Lent.az xəbər verir ki, Bakı Lisey Kompleksinin müəllimi Gülbəniz Poladova dekabrda koronavirusa yoluxub.
Qeyd edək ki, o həm də şəkər və böyrək çatışmazlığından əziyyət çəkirmiş. Dünən isə koronavirusdan vəfat edib.