Yeni marşrut avtobusu
05 iyul 2021 12:45 (UTC +04:00)

Yeni marşrut avtobusu

Daha bir marşrut xəttinə yeni avtobuslar verildi: gediş haqqı artırıldı

İyunun 6-dan Aşıq Molla Cümə küçəsi-“Sədərək” ticarət mərkəzi üzrə hərəkət edən 211 saylı müntəzəm marşrut xətti sərnişindaşımaları “BakuBus”-a məxsus 12 metrlik müasir, sərnişindaşıma tələblərinə cavab verən avtobuslarla icra ediləcək.  

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, sərnişin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi dəyişdirilib. 211 saylı xətt üzrə avtobuslar sabahdan Aşıq Molla Cümə küçəsindən başlayaraq hərəkət edəcək. 

Son dayanacaq məntəqəsilə bağlı dəyişiklik çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq həyata keçirilib. Dəyişiklik sayəsində 211 saylı marşrut xəttindən gündəlik istifadə edən orta hesabla 12 min nəfərdən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq. 

Xətt üzrə avtobuslarda gediş haqqı nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək. Xətt üzrə tarif 0.35 manat müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5064
avatar

Oxşar yazılar