Daha bir marşrut xətti "BakıKart"a keçir
21 sentyabr 2021 14:54 (UTC +04:00)

Daha bir marşrut xətti "BakıKart"a keçir

Sentyabrın 22-dən "Koroğlu" NMM - Binə qəsəsəbəsi üzrə hərəkət edən 160 saylı marşrut xətti avtobuslarında gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, 160 saylı marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

Yeni Ramana 141 Sabunçu rayonu
Yeni Ramana 233 Sabunçu rayonu
Əli İsazadə küçəsi üzrə 11 ünvanda (Binə qəs.)
Südçülük (Binə qəs.)
Mehriban Qonşular küç. (Binə qəs.)
Nizami Abbasov 24 (Binə qəs.)

# 2022
avatar

Mehman Nəbiyev

Oxşar yazılar