24 saylı Birləşmiş Şəhər Xəstəxanasında laboratoriyanın şöbə müdiri Mətanət Rüstəmova koronavirus səbəbindən vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə M.Rüstəmovanın həmkarları məlumat yayıblar. Onlar bildiriblər ki, şöbə müdiri bir müddət əvvəl koronavirus səbəbindən xəstəxanaların birində müalicəyə başlasa da, dünən halı pisləşib və vəfat edib.