Daha bir deputatın səlahiyyətinə  XİTAM VERİLDİ
17 mart 2022 16:10 (UTC +04:00)

Daha bir deputatın səlahiyyətinə XİTAM VERİLDİ

“Prezident İlham Əliyevin  martın 3-də imzaladığı sərəncamla Ş. Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib”.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Arifə Muxtarova deyib.

O bildirib ki, Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduqda onun deputat səlahiyyətlərinə xitam verilir: “MSK qərara alır ki, Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilsin”.

Məsələ səsə qoyulub və yekdilliklə qəbul edilib.

Bu qərar qəbul edildiyi gündən qüvvəyə minir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2808

Oxşar yazılar