Daha bir bələdiyyə sədri "ZİBİLƏ DÜŞDÜ"
01 avqust 2023 10:16 (UTC +04:00)

Daha bir bələdiyyə sədri "ZİBİLƏ DÜŞDÜ"

İsmayıllıda bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun Soltankənd kəndi  ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

Aşkar olunmuş faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2844
avatar

Oxşar yazılar