COVID pasportu olmayanlar avtobusa minə bilməz? - RƏSMİ CAVAB
03 sentyabr 2021 16:22 (UTC +04:00)

COVID pasportu olmayanlar avtobusa minə bilməz? - RƏSMİ CAVAB

“Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu COVID pasportu olmayanla şəxslərin avtobuslara minməsinin qadağan edilməsi barədə yapışdırılan elanlarla bağlıdır.

Qeyd edək ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, bu elanlar Bakıda fəaliyyət göstərən müntəzəm marşrut avtobuslarının üzərinə vurulmayıb:

"Avtobuslarla bağlı belə bir qadağa nəzərdə tutulmayıb. Yayılan məlumatlar əsassızdır".

# 6219
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar