Koronavirus statistikası: 171 nəfər sağaldı,  825 nəfər yoluxdu, 6 nəfər öldü
22 oktyabr 2020 14:46 (UTC +04:00)

Koronavirus statistikası: 171 nəfər sağaldı, 825 nəfər yoluxdu, 6 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 47 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 619 nəfər müalicə olunaraq sağalıb, 648 nəfər vəfat edib, aktiv xəstə sayı 6 151 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 457, ötən müddət ərzində isə ümumilikdə 1 260 193 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 736
avatar

Oxşar yazılar