Magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar martın 6-da gün ərzində Müşviqabad, 28 May, Nübar, Sulutəpə və Biləcəri qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Lent.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.