Koronavirus statistikası: 2239 nəfər yoluxdu,  1217 nəfər sağaldı,   25 nəfər öldü
18 noyabr 2020 14:33 (UTC +04:00)

Koronavirus statistikası: 2239 nəfər yoluxdu, 1217 nəfər sağaldı, 25 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2239 yeni yoluxma faktı qeydə alınıb, 1217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 81397 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 58111 nəfər müalicə olunaraq sağalıb, 1030 nəfər vəfat edib, aktiv xəstə sayı 22256 nəfərdir.

Ölkədə son sutka ərzində 13134, hazırkı dövrədək isə 1549568 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1405
avatar

Oxşar yazılar