“Özümüzü tək hiss etmirik” – Xaricdə təhsil alan tələbədən Prezidentə məktub 
13 iyun 2020 12:34 (UTC +04:00)

“Özümüzü tək hiss etmirik” – Xaricdə təhsil alan tələbədən Prezidentə məktub 

Azərbaycanda dövlətimiz tərəfindən koronavirus pandemiyasına qarşı sərt mübarizə aparılmasına, eyni zamanda ölkədən kənarda yaşayan soydaşlarımızın, xüsusilə də xaricdə təhsil alan tələbələrimizin sağlamlıqlarının diqqətdə saxlanılmasına görə Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. 
Lent.az Bolqarıstanın Dobriç şəhərində təhsil alan azərbaycanlı tələbə Elvin Babayev məktubunu təqdim edir: 

“Hörmətli cənab Prezident,

Mən Bolqarıstan Respublikasının Dobriç şəhərində təhsil alan azərbaycanlı tələbələrdən biriyəm. Bu məktubu yazmaqda məqsədim, Sizə öz minnətdarlığımı bildirməkdir.
Biz tələbələrə bu çətin vəziyyətdə yardım etdiyinizə görə Sizə çox təşəkkür edirəm!
Burada bizə belə qayğı ilə yanaşılması bizi çox sevindirir. Ən azından xarici ölkədə olmağımıza baxmayaraq, özümüzü tək hiss etmirik. Bütün bunlar çox sevindirici haldır.
Sizə hər işinizdə uğurlar arzulayıram. Allah razı olsun!”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2458
avatar

Oxşar yazılar