"Ölkədə 5 milyona yaxın insan koronavirus əleyhinə peyvənd olunub".
Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, görülən yan təsirlərin əksəriyyəti yüngül olur:
"Bu, maksimum 2-3 sutka ərzində keçib gedir. Koronavirusun əvvəlki ştammında quru öskürək var idi, iy və dadbilmə qabiliyyəti itirdi. "Delta" ştammı isə daha çox qrip, digər respirator infeksiyaların simptomları ilə oxşardır. "Delta" ştammının yoluxuculuq qabiliyyəti yüksək olduğu üçün daha çox ailə üzvləri xəstələnir. Məsələn, əvvəllər ailədə bir nəfər yoluxurdusa, indi bir neçəsi yoluxur".
T.Eyvazov əlavə edib ki, peyvənd vurdurmamışdan qabaq nəsə etmək lazım deyil:
"Peyvənddən qabaq hər hansı dərman qəbulu onun effektliyini azalda bilər".