Müntəzəm olaraq zeytun yağını acqarına qəbul etmək orqanizmə böyük fayda verə bilər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bunu çoxsaylı elmi araşdırmalar da təsdiq edir.
Ürək-damar sağlamlığı
Zeytun yağı dünyanın ən sağlam qidalanma modellərindən biri sayılan Aralıq dənizi pəhrizinin əsas komponentidir. O, xüsusilə olein turşusu ilə zəngin olan mono doymamış yağlarla doludur. Bu yağlar “pis” xolesterini (LDL) azaldır və “yaxşı” xolesterini (HDL) artırır. Gündəlik Extra Virgin zeytun yağı qəbulu infarkt və insult riskini əhəmiyyətli dərəcədə azaldır.
Güclü iltihab əleyhinə təsir
Xroniki iltihab bir çox ciddi xəstəliklərin səbəbidir. Zeytun yağı nadir antioksidant oleokantal ehtiva edir. Yağı acqarına qəbul etmək orqanizmdə hüceyrə səviyyəsində iltihabla mübarizəyə kömək edir.
Həzm və bağırsaq sağlamlığının yaxşılaşdırılması
Zeytun yağı öd və mədəaltı vəzi fermentlərinin ifrazını yumşaq şəkildə stimullaşdırır və bu da gün ərzində həzmi yaxşılaşdırır. O, həmçinin yüngül yumşaldıcı təsir göstərir və qəbizliyin qarşısını almağa kömək edir. Zeytun yağı yoğun bağırsağın selikli qişasını qoruyur.
Qaraciyərin qorunması və detoksikasiya
Zeytun yağındakı antioksidantlar, xüsusilə E vitamini və polifenollar, qaraciyər hüceyrələrini oksidləşdirici stressdən qoruyur ki, bu da qaraciyər xəstəliklərinin inkişafında əsas risk faktorlarından biridir.
Necə seçmək və qəbul etmək?
Mütəxəssislər yalnız birinci soyuq sıxma Extra Virgin zeytun yağını seçməyi tövsiyə edirlər, çünki ən çox polifenol və bioloji aktiv maddələr məhz bu yağda olur. Səhərinizi bir qaşıq bu “maye qızıl” ilə başlayın orqanizminiz sizə təşəkkür edəcək.