Bu uşaqlar koronavirus peyvəndi olunmalıdır - RƏSMİ
27 oktyabr 2021 15:45 (UTC +04:00)

Bu uşaqlar koronavirus peyvəndi olunmalıdır - RƏSMİ

“Uşaqlara koronavirusu yaşlarına uyğun şəkildə izah etməliyik”.

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova bildirib. O qeyd edib ki, uşaqlarda peyvəndin əks-göstəriş qaydaları və dozası böyüklərdəki kimidir”.

"Piylənməsi, anadangəlmə ürək qüsurları, xroniki ağciyər xəstəlikləri, xroniki böyrək xəstəlikləri olan 12 yaşdan yuxarı uşaqların peyvəndləməsi məsləhətdir".

Nazirlik rəsmisi bildirib ki, hər iki valideynin razılığı əsasında da 12 yaşın üzərində olan uşaqların koronavirusa qarşı peyvəndlənməsi həyata keçirilə bilər:

“Onlara “Pfizer” vaksininin vurulması tövsiyə edilir. Çünki ölkədə istifadə olunan digər peyvəndlər barədə araşdırmalar hələ tam başa çatmayıb. Peyvənd vurulan uşaqlarda əks-göstəriş və ya digər yan təsirlər böyüklərdəki kimidir”.

 

# 6984
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar