"Azərbaycan Dillər Universitetində 2 qrup distant təhsilə keçib".
Bu sözləri Lent.az-a açıqlamasında ADU-nun əməkdaşı Cavid Zeynallı deyib.
O bildirib ki, COVİD-19-a yoluxma halı təəssüf ki, bütün orta və ali təhsil müəssisələri kimi Azərbaycan Dillər Universitetində də var və virusa yoluxan tələbələr karantinə alınır:
“ADU-da virusa yoluxan tələbələrin sayı 11 nəfərdir. 2 qrup müvəqqəti olaraq distant təhsilə keçib. Bağlanan qruplardan birində isə dərslər ənənəvi şəkildə bərpa olunub”.