Azərbaycan Texniki Universitetində (AzTU) ötən həftə 4 tələbənin (Nəqliyyat və logistika fakültəsi - 1 tələbə, Xüsusi texnika və texnologiya fakültəsi - 1 tələbə, Maşınqayırma və robototexnika fakültəsi - 1 tələbə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi - 1 tələbə) COVID-19 testi pozitiv çıxıb.
Universitetdən Lent.az -a verilən məlumata görə, bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant tədrisə keçib.
Qeyd edək ki, bundan əvvəl koronavirusa yoluxan 3 tələbə artıq sağalıb və onların qrupunda əyani tədris bərpa olunub.