Bu universitetdə 7 tələbə koronavirusa yoluxdu: Dərslər... -  RƏSMİ
14 oktyabr 2021 15:13 (UTC +04:00)

Bu universitetdə 7 tələbə koronavirusa yoluxdu: Dərslər... - RƏSMİ

"Azərbaycan Dillər Universitetində dərslər başlayandan bu günə qədər 7 tələbədə COVID-19 aşkar olunub".

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin tələbələr karantinə alınıb:

"Tədrisin distanta keçməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil. Qrupun karantinə alınması, yaxud dərslərin onlayna keçməsi yalnız bir qrupda 3 tələbədə virus aşkar olunduğu təqdirdə olur. Belə hal isə ADU-da yoxdur".

Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika və riyaziyyat fakültəsi ilə musiqi və fiziki tərbiyə fakültəsinin tələbələrində koronavrus aşkarlandığı üçün iki qrupda dərslər 14 gün müddətinə distant təhsilə keçib.

# 5004
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar