Bu şəxslər 3-cü dozanı mütləq vurdurmalıdır - DİQQƏT!
07 oktyabr 2021 16:21 (UTC +04:00)

Bu şəxslər 3-cü dozanı mütləq vurdurmalıdır - DİQQƏT!

“Azərbaycanda da artıq 3-cü doza ilə peyvəndləmə işləri aparılır”.

Bu sözləri Lent.az-a TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev deyib.

Natiq Əliyev

O bildirib ki, 3-cü dozanı ilkin dozanın üzərindən 6 ay və yüksək risk qrupuna daxil olanlar (səhiyyə, təhsil, vətəndaşlara xidmət sektoru işçiləri), eləcə də 65 yaşdan yuxarı olanlar, həmçinin 18 yaşdan yuxarı və xroniki xəstəlikləri olan şəxslər mütləq şəkildə vurdurmalıdır:

"Dünya praktikasına əsasən, 3-cü doza olunmuş şəxslər arasında xəstəliyi ağır keçirmə halı və mortalitə (ölüm halları) aşağı düşüb. Bunları nəzərə alaraq, eləcə də pandemiya dövrünün hələ də davam etdiyini düşünərək mütləq şəkildə peyvəndləmə aparılmalıdır. Bəzən insanlar şəkəri, allergiyası var deyə yanlış olaraq peyvənd olmaz deyə düşünürlər. Bunlar əsassızdır. Kəskin bir durum olmadığı halda mütləq peyvəndlənmə aparılmalıdır”.

1-ci və ya 2-ci dozadan sonra nadir də olsa ciddi yan təsir ola bilər. Bu hal çox az olsa da, dünya praktikasında da görülüb. Həmin halla rastlaşan vətəndaş müraciət edərək həkim komissiyası tərəfindən müayinə edilə və sonra əks-göstəriş sertifikatının verilməsi üçün məsələyə baxıla bilər”.

# 4344
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar