Bu restoranlar  CƏRİMƏLƏNDİ  - SİYAHI
01 iyul 2021 17:17 (UTC +04:00)

Bu restoranlar CƏRİMƏLƏNDİ - SİYAHI

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) iyunun 30-da ölkə üzrə 424 ictimai iaşə obyektində 740 monitorinq keçirilib.

AQTA-dan Lent.az-a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai ‎rayonu, Nobel pr., ev 15 ünvanında yerləşən, fiziki şəxs Kaya Orhana məxsus “Sahne” restoranı;

2. Bakı şəhəri, Səbail rayonu, Xəqani 10 ünvanında yerləşən, fiziki şəxs Ak Özerol MMC-yə məxsus “Prive Steak House” restoranı;

3. Bakı şəhəri, Nəsimi ‎rayonu, Rəsul Rza 16 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Səyyada məxsus “Kabab house” kafesi;

4. Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda yerləşən, fiziki şəxs Məmmədov Kamran İmran oğluna məxsus "Neptun" restoranı.

 

# 3996
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar