Abşeron rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli Magistral Qaz Kəmərinin müəyyən hissələrinin dayaqlar üzərinə qaldırılması ilə bağlı, 02.09.2022-ci il tarixində saat 08:00-dan işlər başa çatanadək “Novxanı” və “Mehdiabad” QPS-lərdən, “SOCAR PETROLEUM” QSC-yə məxsus 20 saylı yanacaq doldurma məntəqəsi ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Novxanı kəndinin, Bağlar massivinin və Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.