Bu rayonlara yağış yağıb - FAKTİKİ HAVA
24 avqust 2021 11:15 (UTC +04:00)

Bu rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, avqustun 24-ü saat 10:00-a olan məlumata görə, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əksər rayonlarda əsasən yağmursuz keçib, lakin gündüz saatlarında bəzi qərb rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Yağıntının miqdarı Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkirdə 1 millimetrədək olub. Cənub-qərb küləyi Daşkəsəndə arabir 25-30 m/s-dək güclənib.

Havanın temperaturu avqustun 23-də Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 39, dağlıq rayonlarda 28, Naxçıvan Muxtar Respublikasında 40 dərəcə olub.

# 4410
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar