Bu rayonlara güclü leysan yağır,  çaylara sel gəlir   - FAKTİKİ HAVA
22 iyun 2023 19:41 (UTC +04:00)

Bu rayonlara güclü leysan yağır, çaylara sel gəlir - FAKTİKİ HAVA

1

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, iyunun 22-si saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Şahbuz, Gədəbəy, Ceyrançöl, Tovuz, Ağstafa,  Balakən, Oğuz, Qax, Zaqatala, Şəki, Şamaxı, Qrız, Şahdağda  şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

İyunun 22-də yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay və Gəncəçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan,  Goranboy rayonu ərazisindən axan Gorançaydan və  Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib və hazırda davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 9356

Oxşar yazılar