Azərbaycanda faktiki hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, iyulun 10-u saat 17.00-a olan məlumatına əsasən Daşkəsən, Göy göldə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Dolu: Saat 16.33-16.34 radələrində Daşkəsən rayonuna diamerti 12 mm olan dolu düşüb.
Külək: Şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Goranboyda 22 m/s, Şirvan, Göyçayda 20 m/s, Tərtərdə 18 m/s, İsmayıllı, Ağdamda 16 m/s, Bakıda və Abşeron yarımadasında 23-27 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.0 m-ə çatıb.