Bu rayona 40 santimetr  qar yağıb   - FAKTİKİ HAVA
07 fevral 2024 10:37 (UTC +04:00)

Bu rayona 40 santimetr qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 


Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki,  fevralın 7-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində fevralın 6-sı axşamdan yağıntılar tədricən kəsilib, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olub, qar yağıb.
 
Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 48 sm, Ordubadda 36 sm, Şəki, Xaltanda 12 sm, Qusarda 9 sm, Altıağac, Gədəbəydə 6 sm-dək olub.

Küləyinin maksimal sürəti: Yardımlıda 24 m/s, Şəki, Gədəbəy, Daşkəsəndə 20 m/s, Lerikdə 17 m/s-dək güclənib.
 
Havanın maksimal temperaturu: Bakıda və Abşeron yarımadasında 12-16 , Naxçıvan MR-da 12-15, Aran rayonlarında 15-19, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3 dərəcəyədək şaxta olub.

# 9504
avatar

Oxşar yazılar