Bu radiolar Qarabağda yayımlanacaq - QƏRAR
08 fevral 2021 15:15 (UTC +04:00)

Bu radiolar Qarabağda yayımlanacaq - QƏRAR

Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib.

MTRŞ-dan APA-ya bildirilib ki, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub.

İşğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə əlaqədar Şuşa şəhərində yerləşən Radio Televiziya Yayım Stansiyası (RTYS) vasitəsilə ümumölkə radio kanallarının (“Xəzər” radiosu, “Azad Azərbaycan” radiosu, “100.5 FM - Fərqli radio”, “Avto FM” radiosu, “Araz” radiosu, “Space” radiosu, “Radio Antenn”, “Media FM” radiosu) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərar qəbul edilib.

İclasda Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə fevralın 10-dan martın 12-dək müsabiqə də elan edilib.

# 1248
avatar

Oxşar yazılar