Bu qatarlarda iki nəfərlik  "öpüşmə kupeləri"   olacaq
23 aprel 2024 00:51 (UTC +04:00)

Bu qatarlarda iki nəfərlik "öpüşmə kupeləri" olacaq

Alman qatarlarında iki nəfərlik “öpüşmə kupeləri olacaq.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hazırda Almaniyada yüksək sürətli şəhərlərarası qatarlarda (ICE) əsasən ümumi oturacaq vaqonları və ya altı oturacaqlı kupelər var.

İndi Deutsche Bahn, uzunluğu 2 metr və eni 70 santimetr olan yeni qapalı iki yerlik kupelərin təqdim edilməsini elan edir. “BILD” yazır və əlavə edir ki, media artıq belə kupeləri "öpüşmək üçün kupelər" adlandırır.

“Hazırda biz 1:1 nisbətində ICE üçün yeni kupe konseptləri hazırlayırıq, onlar şəxsi və məxfi söhbətlərin rahat bir mühitdə aparılmasına imkan verəcəklər”, - “Deutsche Bahn” şirkəti idarə heyətinin üzvü Mixael Peterson bildirib.

Şirkət hələlik yeni kupelərin nə hansı konkret tarixlərdə istifadədə olacağını, nə də onların rəsmi adını açıqlamayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3858
avatar

Oxşar yazılar