Bu peyvəndi vurduranların  DİQQƏTİNƏ : üçüncü doza üçün ...
05 iyul 2021 13:53 (UTC +04:00)

Bu peyvəndi vurduranların DİQQƏTİNƏ: üçüncü doza üçün ...

Türkiyə Klinik Mikrobiologiya və İnfeksiya Xəstəliklər Dərnəyi COVID-19 peyvəndləri ilə bağlı vətəndaşları maraqlandıran suallara aydınlıq gətirib.

Lent.az-ın ölkə mediasına istinadən verdiyi xəbərə görə, bununla bağlı bildirilib ki, “Pfizer” peyvəndinin hər iki dozasını vurduran şəxslərə 9-12 ay ərzində əlavə heç bir peyvənd vurulmasına ehtiyac yoxdur:

“Çünki sözügedən peyvəndin bədəndə yaratdığı immunitet güclüdür və onun təsir gücü 9 aydan 12 ayadək davam edə bilir. Buna görə də “Pfizer” peyvəndindən istifadə edən şəxslərin üçüncü dozanı nə zaman vurdurmaqları ilə bağlı qərar araşdırmalardan sonra veriləcək”.

Məlumatda qeyd edilib ki, “CoronaVAC” peyvəndinin təsiri insanlarda 3-6 ay ərzində tədricən azalmağa başlayır:

“Adıçəkilən peyvəndin hazırda dünyada sürətlə yayılan “Delta” ştammlarına qarşı da təsiri məhduddur. Buna görə də “CoronaVAC”dan istifadə edən şəxslər həm özlərini qorumaq, həm də “Delta”nın yayılmasının qarşısını almaq üçün 3-6 ay müddət keçdikdən sonra üçüncü dozadan istifadə edə bilərlər. Onların üçüncü doza seçiminin “Pfizer” olması isə tövsiyə olunur”.

Xatırladaq ki, Azərbaycanda da üçüncü doza peyvəndin vurulması ilə bağlı qərar qəbul olunub.

Bununla bağlı Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası müvafiq qərarlar qəbul edib:

1. Xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı peyvəndin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

2. Peyvəndlənmiş vətəndaşlar, ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Peyvənd sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

Sevinc Nurəddinova
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4275
avatar

Oxşar yazılar