Bu peyvəndi vurduranlar "Omicron" dan qorunur - Həkim AÇIQLADI
13 dekabr 2021 18:37 (UTC +04:00)

Bu peyvəndi vurduranlar "Omicron"dan qorunur - Həkim AÇIQLADI

"İlk dəfə noyabr ayında Cənubi Afrika Respublikasında aşkarlanan koronavirusun “omicron” variantı sürətlə yayılma xüsusiyyətinə malikdir. Noyabrın 9-da aşkarlanan variant noyabrın 24-nə qədər CAR-da 3 dominant variantdan birinə çevrilərək ÜST tərəfindən narahatlıq doğuranlar sinifinə əlavə edilib".

Bu sözləri Lent.az-a açıqlamasında infeksionist Nicat Əzimli deyib. O bildirib ki, hazırda dünyanın 60-a yaxın ölkəsində, eləcə də bizə qonşu ölkələrdə bu varianta yoluxma halları aşkarlanıb. Bu gedişat təbii ki, hamının ağlına yeni ştammın Azərbaycana da gəlib çıxması ehtimalını gətirir:

“Omicron”nun əsas diqqət çəkən xüsusiyyəti çoxsaylı mutasiyalarının olmasıdır. Burada koronavirusun müxtəlif zülallarında yerləşən 80-dən çox mutasiyadan söhbət gedir, bu mutasiyaların 32 ədədi xəstəliyin mexanizmində əsas rol oynayan spayk proteini üzərindədir”

İnfeksionistin sözlərinə görə, bu o deməkdir ki, yeni variant öncəki variantlardan molekulyar quruluşuna görə çox fərqlənir. Bu da öz növbəsində virusun müxtəlif xüsusiyyətlərində dəyişikliklərə səbəb olub:

“Bunlardan birincisi yüksək yoluxuculuq xüsusiyyətidir. Bu variantın ortaya çıxdığı ölkələrdə epidemik vəziyyətin dramatik şəkildə pisləşməsinin səbəbi də budur.

İkincisi, virusun xəstəliyi keçirmiş və ya peyvəndlənmiş şəxsləri də xəstələndirə bilmə xüsusiyyətidir. Bu peyvəndlərin tamamilə yararsız olması demək deyil. Tədqiqatlar nəticəsində məlum olub ki, buster (gücləndirici) doza peyvənd almış şəxslər “omicron”a qarşı da qorunmuş olur.

Üçüncüsü isə “omicron”un törətdiyi xəstəliyin ağırlıq dərəcəsi və fəsadlarıdır ki, burada xəbərlər qismən yaxşıdır. Bu gün ÜST tərəfindən verilən açıqlamada yeni ştamm xəstələnmiş şəxslərdə "delta" variantına nisbətən daha az ağırlaşma və fəsadlara rast gəlindiyi qeyd olunur”.

Həkim qeyd edib ki, bu “omicron”un adi soyuqdəymə səviyyəsində yüngül bir xəstəlik törətdiyi mənasına gəlmir. Hər halda, ağciyərlərin zədələnməsi burada da baş verir və ciddi yanaşılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2880
avatar

Aytəkin Cəlali

Oxşar yazılar