Bu məktəbdə dərslər bərpa edildi
07 fevral 2022 09:46 (UTC +04:00)

Bu məktəbdə dərslər bərpa edildi

Paytaxtdakı 45 saylı tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bakı şəhər Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1986
avatar

Fidan İlqar

Oxşar yazılar