Bu marşrutların hərəkət sxemi dəyişdi -  DİQQƏT
01 iyun 2021 17:22 (UTC +04:00)

Bu marşrutların hərəkət sxemi dəyişdi - DİQQƏT

İyunun 2-dən Ə.Şıxlınski küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Lent.az-a verilən məlumata görə, bu səbəbdən 36 və 81 saylı müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq aşağıda göstərilən qaydada dəyişdiriləcək:

"81 saylı marşrut: Ə. Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq S.Mehmandarov küçəsi ilə; 36 saylı marşrut: Ə.Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq N.Tusi küçəsi ilə təşkil ediləcək".

# 1341
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar