Bu kəndin uşaqları birinci sinfə gedə bilmədi – TƏHSİLDƏ RƏZALƏT 
11 fevral 2022 13:40 (UTC +04:00)

Bu kəndin uşaqları birinci sinfə gedə bilmədi – TƏHSİLDƏ RƏZALƏT 

Qubanın Buduq kəndində 1-ci sinif şagirdlərinin məktəbə gedə bilmədiyi barədə məlumat yayılıb. Buna səbəb isə şagirdlərin sənədlərinin vaxtında www.mektebeqebul.edu.az portalına daxil edilməməsidir. Hazırda sinif tamamilə bağlanıb və şagirdlər təhsilsiz qalıblar. 

Məsələ ilə bağlı Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, problemi valideyn səhlənkarlığı ilə əlaqəlidir:

"1-ci sinfin bağlanmasının səbəbi valideynlərin səhlənkarlığı olub. Çünki uşaqların sənədlərinin sistemə vaxtında yerləşdirmək lazım idi. Valideynlərin bu hərəkəti gecikmələrə səbəb olub və nəticədə Buduq kəndində 1-ci sinif bağlanıb. Sinfin bu il açılması mümkünsüzdür. Bunun səbəbi isə hər il şagirdlərin sənəd qəbulu prosesi başa çatdıqdan sonra müəllimlərin dərs saatına görə maaşlarının hesablanmasıdır”.

Rüfət Hacıyev

O, həmçinin, gələn il həmin şagirdlərin məktəbə cəlb olunacağını vurğulayıb:

“Burada narahat olacağınız bir vəziyyət yoxdur. Gələn il həmin şagirdlər təhsilə cəlb olunacaqlar. Elə valideynlər var ki, uşaqlarını 7 yaşında məktəbə qoyur. Yəni burdan valideynlərə səslənirəm ki, narahatçılığa səbəb yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5688
avatar

Fidan İlqar

Oxşar yazılar