Bu instituta yeni direktor  TƏYİN OLUNDU
28 aprel 2022 12:41 (UTC +04:00)

Bu instituta yeni direktor TƏYİN OLUNDU

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni rəhbər təyin olunub.

Lent.az xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə institutun direktoru vəzifəsi İradə Axundovaya həvalə olunub. Vüqar Qurbanov bu gündən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib.

Məlumat üçün qeyd edək ki, İradə Axundova Dövlət Tibb Universitetinin ftiziatr ixtisası üzrə təhsil alıb.

İxtisasca pulmonoloq olan İ.Axundova F.Əfəndiyev adına 4 nömrəli Mərkəzi Kliniki Xəstəxanasında tibb bacısı, 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə həkim- intern (ftiziatr), Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim-fizioterapevt, şöbə müdiri və İnstitutun direktor müavini kimi çalışıb.

Təyinata qədər Milli İdman Tibb və Reabilitasiya İnstitutunun Elmi katibi kimi fəaliyyət göstərib.

Dəfələrlə xarici ölkələrdə ağciyər xəstəlikləri ilə bağlı keçirilən seminar və konfranslarda ölkəmizi təmsil edib. 

İ.Axundova 200-dən çox elmi məqalənin müəllifidir. Tibb elmləri namizədidir.

# 2502
avatar

Aytəkin Cəlali

Oxşar yazılar