2023-cü ildə dünyada işsizlərin sayı 208 milyonu keçəcək.
Lent.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının sədri Gilbert Hunqbo bildirib.
Məlumata görə, həftədə 40 saat işləyən 214 milyon işçinin maaşı isə gündəlik 2 dollardan yuxarı olmayacaq.
Hunqbo onu da bildirib ki, bu ilki işsizlərin sayı keçən ilkindən 3 milyondan çox olacaq.