Bu gündən yanvarın 11-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
09 yanvar 2021 02:05 (UTC +04:00)

Bu gündən yanvarın 11-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Bu gündən yanvarın 11-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvarın 18-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782
avatar

Oxşar yazılar