Oğuz-Qəbələ-Bakı magistral su kəmərində təmir işləri aparılır.
"Azərsu"dan Lent.az-a verilən məlumata görə, bununla əlaqədar fevralın 28-i gün ərzində Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinin bir hissəsinə, eləcə də kəmərin marşrutu boyu bu xətdən su alan bəzi kəndlərə içməli suyun verilməsində fasilələr yaranacaq.
Narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.