Bu gün bir evdə  iki ad günü   var: Kraliça  ailə fotolarını   paylaşdı
30 yanvar 2025 19:33 (UTC +04:00)

Bu gün bir evdə iki ad günü var: Kraliça ailə fotolarını paylaşdı

Bu gün İordaniya Krallığında iki ad günü qeyd olunur.

Lent.az-ın xarici mediaya istinadla bildirdiyinə görə, kral II Abdullanın bu gün 63, kiçik oğlu şahzadə Haşimin 20 yaşı tamam olur. Belə məlum olur ki, kraliça Ranianın kiçik oğlu atası ilə eyni gündə dünyaya gəlib.

Kraliça Rania oğlunu və ərini açıq şəkildə təbrik edib və “Instagram” səhifəsində bir neçə yeni foto yerləşdirib.

Əlahəzrətin əri ilə birlikdə çəkildiyi fotoda o, boyun və sinə bağları olan sarı diz boyu paltarda poza verir.

Rania fotonun altına "Ad günün mübarək! Sən bizim üçün dünya deməksən" yazıb.

Kraliça oğlu Haşimlə portret fotosunu da yayımlayıb. Raniyə saçlarını yığıb və oğlanın boynunu qucaqlayır.

Fotonun altında "Ad günün mübarək, əzizim Haşım" yazılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927

Oxşar yazılar