Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Lent.az-a"Azəriqaz"dan məlumat verilib.
Qeyd olunub ki, məhdudiyyət Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsində sayğacın quraşdırılması və eyni zamanda R.Məmmədov küçəsində qaz kəmərində sızmanın aradan qaldırılması ilə əlaqədardır. Bu məqsədilə yanvarın 27-si saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.