Azərbaycanda faktiki hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki,
mayın 18-nə olan məlumatına əsasən 17-də gün ərzində müşahidə olunan yağıntılar 18-i gecə saatlarından kəsilib, yağıntılar nəticəsində qar örtüyünün hündürlüyü Şahdağda 7 sm, Xınalıqda 3 sm olub.
Duman: Qrız, Şahdağ, Lerik, Göygöl, Şamaxıda müşahidə olunub.
Havanın temperaturu: Mayın 17-də iqlim normasından 1.7° aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-22° isti, Naxçıvanda 29°-dək isti, dağlıq rayonlarda 12-14° isti, yüksək dağlıq ərazilərdə 1-3° isti, aran rayonlarında 27°-dək isti olub.