Bu dərmanın satışı qadağan olundu - RƏSMİ
05 fevral 2021 14:47 (UTC +04:00)

Bu dərmanın satışı qadağan olundu - RƏSMİ

“EQİS ƏCZAÇILIQ ZAVODU” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitələrinin stabillik sınaqlarından əldə olunan nəticə spesifikasiya çərçivəsindən kənara çıxdığından qeyd edilən seriya ilə buraxılan dərman vasitəsinin geri çağırılması qərarı alınıb.

Səhiyyə Nazirliyindən Lent.az-a bildirilib ki, bu barədə topdansatış əczaçılıq müəssisələri və “EQİS ƏCZAÇILIQ ZAVODU”nun  Azərbaycandakı nümayəndəliyi məlumatlandırılıb. Həmçinin 0010319 seriya ilə buraxılmış son istifadə tarixi 03.2022 olan “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitəsinin ölkəyə idxalı və ölkədə topdan və pərakəndə satışı qadağan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2142
avatar

Oxşar yazılar