Bu bölgələrə  leysan   yağıb - FAKTİKİ HAVA - VİDEO
22 iyun 2023 16:30 (UTC +04:00)

Bu bölgələrə leysan yağıb - FAKTİKİ HAVA - VİDEO

0

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, iyunun 22-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Lent.az xəbər verir ki, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Altıağac, Qusar, Şahdağ, Mingəçevir, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxanda arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Saat 14:30 radələrində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan sel keçib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2620

Oxşar yazılar