Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bir illik təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarını yayan şəxsləri cəzalandırıb.
Bu barədə Lent.az-a universitetinin mətbuat katibi Şəhanə Müşfiq məkumat verib.
O bildirib ki, universitetdə tələbələrin adlarının siyahısı asılmayıb: “Tütorlar tərəfindən dekanlıq daxili üçün hazırlanmış sənəd imtahan öncəsi tələbələri məlumatlandırmaq məqsədilə “Whatsapp” qrupuna göndərilib. Universitet rəhbərliyi bunun da əleyhinədir və elə məsələ açılan kimi operativ şəkildə araşdırıldı, sənədin yayılmasına səbəbkar olan əməkdaşlar cəzalandırıldı”.
Qeyd edək ki, ötən həftə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir illik təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarının divarda vurulması barədə şəkillər sosial şəbəkələrdə yayılmışdı.