
BNA-dan sürücülərə XƏBƏRDARLIQ:

Qara Qarayev prospekti - M.Hadi küçəsi - Gəncə prospektində hər iki istiqamətdə avtobus zolaqları təşkil edilməsinə baxmayaraq, əksər sürücülər tərəfindən qaydalara əməl olunmur.
Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti, kütləvi qanunsuz parklanma halları müşahidə olunur.
Bu səbəbdən gün ərzində bu ictimai nəqliyyat dəhlizindən keçən 43 marşrut xətti üzrə 700-dən çox avtobusun hərəkət qrafiki pozulur, intervallar gecikir.
Nəticədə hər gün yüz minlərlə ictimai nəqliyyat istifadəçisi ciddi çətinliklərlə və vaxt itkisilə üzləşir. Sərnişinlərin səyahət müddəti lüzumsuz səbəbdən artır, dayanacaqlarda və avtobuslarda sıxlıqlar yaranır ki, bu da mövcud pandemiya şəraitində xüsusilə arzuolunmazdır.
Zolaqların tələblərinin pozulması, eyni zamanda ümumi nəqliyyat axınına da mənfi təsir edir, sıxlıq və tıxac hallarını artırır.
Bir daha sürücülərdən xahiş edirik ki, zolaqlarla bağlı yol nişanının tələbinə əməl etsinlər.

Oxşar yazılar

Mehriban Əliyeva xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
8 mart 2021 , 10:13
Peşəsi ilə sağollaşmağa hazırlaşan rəisin sirlərini öyrəndik: “Polis səngərsiz əsgərdir” - MÜSAHİBƏ
8 mart 2021 , 10:00
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2021 , 00:01
Küləkli havada avtomobillərinizi bu yerlərdə saxlamayın - XƏBƏRDARLIQ
7 mart 2021 , 16:57
Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi
7 mart 2021 , 16:30
İki şagird imtahandan qovuldu
7 mart 2021 , 16:18
Dövlət qulluqçusu olmaq istəyənlər üçün bu imtahanlar başa çatdı-NƏTİCƏLƏR
7 mart 2021 , 16:01
Azərbaycanda son sutkada koronavirusa yoluxma 400-ü ötdü
7 mart 2021 , 14:33