Bloklarda gecələyən Elmir sığınacağa yerləşdirildi - FOTO
08 dekabr 2020 17:57 (UTC +04:00)

Bloklarda gecələyən Elmir sığınacağa yerləşdirildi - FOTO

0

Bir neçə gündür ki, sosial şəbəkələrdə çətin şəraitdə yaşayan, bloklarda gecələyən Elmir adlı oğlan Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Lent.az məlumat verir ki, bu barədə ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib. O qeyd edib ki, Elmirin vəziyyəti barədə xəbər tutan kimi, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları dərhal onunla görüşmək üçün barəsində məlumatı paylaşan xanımla əlaqə saxlayıblar:

"Elmirlə görüşüldü. Yaşadıqları, ehtiyacları öyrənildi. Elmir, artıq Sosial Xidmətlər Agentliyinin Həssas əhali qrupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsindədir. İsti mühit və gündəlik qidalanma ilə təmin edilir. Elmirin sonrakı dövrdə məşğulluğunun təmini üçün də çalışacağıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3727

Oxşar yazılar