
Bir tərəfi qarlı, bir tərəfi qarsız BAKI - ELMİ İZAH - Bir sual, bir cavab

Bakıya yağan qar sosial şəbəkədə müzakirələrə səbəb olub. Buna səbəb isə paytaxtın müxtəlif ərazilərindən paylaşılan şəkillərdəki qarın miqdarıdır. Fotolardan bəlli olur ki, daha çox qar Yeni Günəşli və Əhmədli qəsəbəsinə yağıb.
Lent.az-ın "Bir sal, bir cavab" rubrikasında bu məsələyə aydınlıq gətirməyə çalışmışıq.
Professor, ekoloq Rauf Sultanov Lent.az-a bildirib ki, təbiət hadisələri onun özü tərəfindən tənzimlənir:
“Baş verən bütün proseslər təbiətin xüsusiyyətləridir. Yer kürəsinin üzərində olan qar örtüyünün ərimə prosesi yerin təkinin istiliyindən asılıdır. Yerin təki yer səthinə yaxındırsa, deməli yerin istilik mənbəyi çoxdur. Buna görə də Bakı şəhərindəki dağətəyi rayonlarda qar ərimir, ancaq dəniz sahillərinə yaxın ərazilərdəki qar əriyir. Bu vəziyyət sırf yerin təkinə yaxınlıqla əlaqəli prosesdir”.
Ekoloq qeyd edib ki, Türkiyədə olan soyuq hava, qar Azərbaycan ərazisinə gəlib çatıb:
“Azərbaycana qərbdən gələn külək, soyuq hava, qar həmişə qısamüddətli olur. Ancaq şimaldan gələn qar, çovğun isə daha uzun sürür və qalıcı olur".
R.Sultanov əlavə edib ki, əvvəllər dekabr və yanvar aylarında hava daha çox qarlı olub:
"Ancaq indi təbiət dəyişib. Buna görə də artıq soyuqlar yanvarın sonundan başlayaraq mart ayının ilk 10-20 günlüyünə təsadüf edir”.

Hicranə Əlişqızı
Oxşar yazılar

Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
26 fevral 2021 , 17:01
Koronavirus statistikası: 180 sağalma, 219 yoluxma, 4 ölüm
26 fevral 2021 , 15:47
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib - FOTO
26 fevral 2021 , 14:45
5 dərəcə şaxta olacaq - SABAHIN PROQNOZU
26 fevral 2021 , 13:24
Yenidən qar yağacaq -XƏBƏRDARLIQ
26 fevral 2021 , 13:20
Xocalı günü doğuldu, şəhid oldu - ANIM
26 fevral 2021 , 11:29
Xocalı soyqırımından 29 il ötür
26 fevral 2021 , 00:04
Əsirlikdən xilas olan dualar... - Səbuhi Məmmədli Laçından yazır
25 fevral 2021 , 18:51