Hazırda yalnız 1 peşə təhsili müəssisəsi karantin səbəbilə yerində tədrisi müvəqqəti dayandırıb.
Bu barədə Lent.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin COVID-19 əleyhinə peyvəndlənməsi prosesi davam edir. Ümumi heyətin 66,1 faizi birinci doza, 19,1 faizi isə hər iki doza üzrə peyvəndləmə prosesində iştirak ediblər. Bakı üzrə bu göstəricilər 60 faiz, Sumqayıt üzrə 74,2 faiz, Abşeron rayonu üzrə 84,6 faiz, regionlar üzrə isə 67,2 faiz təşkil edir.