Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub.
KTM-dən Lent.az-a verilən məlumata görə, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.
Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib.
Onlardan 6-sı kişi, 1-i qadın olub.