BDU-nun rektoru Elçin Babayev
29 sentyabr 2021 17:53 (UTC +04:00)

BDU-nun rektoru Elçin Babayev

BDU rektorundan bugünkü izdihamla bağlı ÇAĞIRIŞ

"Hazırda Bakı Dövlət Universitetində (BDU) 22 min nəfərə yaxın tələbə təhsil alır".

Lent.az məlumat verir ki, bu barədə BDU-nun rektoru Elçin Babayev bildirib.

O qeyd edib ki, bu il isə 5000 nəfər tələbə universitetin birinci kursuna qəbul olunub:

"Cari ildə pandemiya şərtlərinə görə, təhsil müəssisəsində tədris növbəlilik prinsipi əsasında təşkil olunur. Hər növbə üzrə isə BDU-ya minlərlə tələbə gəlir. Tədrisin ilk günü olduğu üçün tələbələri yaxınlarının müşayiət etməsi və tədris bitənədək onları gözləməsi universitetin önündə müəyyən sıxlığa səbəb olur. Bu sıxlıq isə tədrisin ənənəvi qaydada təşkilinə problem yaradır. 

Buna görə də valideynlərdən xahiş edirik ki, övladlarını müşayiət etməsinlər".

# 5190
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar